Bakıda ağac kəsintisi ilə bağlı sənədlər Baş Prokurorluğa göndərildi

Bakıda ağac kəsintisi ilə bağlı sənədlər Baş Prokurorluğa göndərildi

Hazırda oxunan: Bakıda ağac kəsintisi ilə bağlı sənədlər Baş Prokurorluğa göndərildi

46112

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Nəsimi rayonu, Rəşid Məmmədov 25 ünvanında ağacların kəsilməsi faktı müəyyən edilib.

Bunu Bizim.Media-ya Xidmət rəsmisi Vaqif Cavadov bildirib.

O qeyd edib ki, araşdırma zamanı “Xəzər İnşaat-XXI Əsr” MMC tərəfindən sözügedən ünvanda beş mərtəbəli binanın söküntüsü işləri aparılan zaman ərazidəki ağacların kəsildiyi və təbiətə 26 580 manat məbləğində ziyan dəydiyi məlum olub:

"Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO