19 ölkənin iştirakı ilə keçirilən Olimpiadada azərbaycanlı tələbələrdən 4 MEDAL - FOTO

19 ölkənin iştirakı ilə keçirilən Olimpiadada azərbaycanlı tələbələrdən 4 MEDAL - FOTO

Hazırda oxunan: 19 ölkənin iştirakı ilə keçirilən Olimpiadada azərbaycanlı tələbələrdən 4 MEDAL - FOTO

45969

Özbəkistanda Əl-Fərqani adına Beynəlxalq Fizika Olimpiadası keçirilib. 

Bizim.Media xəbər verir ki, 8-11 noyabr tarixlərində Rusiya, Türkiyə, Tayland, Malayziya kimi 19 fərqli ölkədən şagirdlərin qatıldığı olimpiadada Azərbaycanı təmsil edən məktəblilərimiz uğurlu nəticə göstərərək 4 medal əldə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Fənn olimpiadalarının yarımfinal turunun keçiriləcəyi tarix açıqlandı


Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa liseyinin XI sinif şagirdi Fəxriyyə Məmmədova və Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Eşqin Alıyev gümüş, nazirliyin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Rüfət Məmmədov və Bakı şəhəri 220 nömrəli məktəb-liseyin XI sinif şagirdi Ramin Qasımlı bürünc medal qazanıblar. 

Qeyd edək ki, şagirdlərimizin beynəlxalq olimpiadalara hazırlıq prosesi Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO