“Müasir dünyada İlham Əliyev kimi liderləri barmaqla saymaq olar” - Moldovalı bloger

“Müasir dünyada İlham Əliyev kimi liderləri barmaqla saymaq olar” - Moldovalı bloger

Hazırda oxunan: “Müasir dünyada İlham Əliyev kimi liderləri barmaqla saymaq olar” - Moldovalı bloger

45928

“Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeni ölkəsinin ərazi, siyasi, tarixi və mənəvi hüquqlarının qorunmasında göstərdiyi qətiyyətə görə təqdim edilib. İstər postsovet məkanında, istərsə də müasir dünyada İlham Əliyev kimi liderləri barmaqla saymaq olar”.

Bizim.Media xəbər verir ki, bu fikri Moldovanın tanınmış blogeri, jurnalist Artur Yefremov “Facebook” səhifəsində yazıb.

Moldovalı bloger bildirib ki, Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarını bu yüksək mükafatla təltif edərkən açıq şəkildə söyləyib:

“Qarabağda təxminən otuz il davam edən işğala Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilib. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk edib. Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirib”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO