Taksi sürücülərinə qarşı dələduzluq edən şəxs SAXLANILDI - FOTO

Taksi sürücülərinə qarşı dələduzluq edən şəxs SAXLANILDI - FOTO

Hazırda oxunan: Taksi sürücülərinə qarşı dələduzluq edən şəxs SAXLANILDI - FOTO

0:00
0:00
45921

Xızı RPŞ-nin əməkdaşları taksi sürücülərinə qarşı törədilən dələduzluq faktının üstünü açıblar.

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, vətəndaşlardan daxil olan müraciətlər əsasında Elnur Əsgəroğlu saxlanılıb. 

Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs ayrı-ayrı vaxtlarda taksi şirkətlərinə zəng edərək taksi sifariş verib və daha sonra təyin olunan taksi sürücüləri ilə telefon ilə əlaqə saxlayaraq onları Xızı rayon Mərkəzi Xəstəxanasına yönləndirib.

Daha sonra isə sürücülərə zəng edərək onlardan getdikləri yerdə 630 manat bir, 55 manat bir və 40 manat da bir ödəniş etmələrini xahiş edib və bunun üçün onlara iki ədəd bank hesabı nömrəsi göndərib. İşi yekunlaşdırandan sonra isə sifariş sona çatanda ödədikləri məbləği və yol pulunu onlara qaytaracağını vəd edib. 
 

Lakin, sürücülər tərəfindən bank hesablarına pul ödəndikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.


Qeyd edək ki, təqsirləndirilən şəxs bundan başqa da ayrı-ayrı vaxtlarda taksi sürücülərinə qarşı eyni əməli törədib. 

Faktla bağlı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO