Nino Burcanadze: “Ən gözəl nümunə cənab İlham Əliyevin siyasətidir” – VİDEO

Nino Burcanadze: “Ən gözəl nümunə cənab İlham Əliyevin siyasətidir” – VİDEO

Hazırda oxunan: Nino Burcanadze: “Ən gözəl nümunə cənab İlham Əliyevin siyasətidir” – VİDEO

45748

Gürcüstanın eks spikeri Nino Burcanadze Rusiyanın Cənubi Qafqazdakı siyasətini qəliz adlandırıb. Onun fikrincə, ruslar özlərinə sərfəli saydıqları siyasəti yürüdürlər.

Bizim.Media-ya özəl açıqlamasında gürcü siyasətçi müxtəlif məsələlərə toxunub bə bildirib ki, Kremlin başqa ölkənin dərdini çəkdiyini düşünmək sadəlövhlük olar.

Həmçinin region ölkələrinə sərf edənləri də reallaşdırmaqları ağılabatan deyil:
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstandakı azərbaycanlıların problemi – Nino Burcanadzedən PƏRDƏARXASI – ÖZƏL VİDEO


“Amma düzgün siyasət apardıqda kəsişmə nöqtələri tapmaq mümkündür. Həmin nöqtələrdə maraqlar toqquşa və üst-üstə düşə bilər. Ən gözəl nümunə Azərbaycan və cənab İlham Əliyevin siyasətidir. Yəni, çətin duruma baxmayaraq Rusiya ilə hansısa istiqamətdə münasibətləri nizamlamaq olar”. 

Ermənistanla Azərbaycan arasındakı sülh prosesi barədə nə demək olar?

“Ümid edirəm ki, vəziyyət doğrudan da sülhə doğru irəliləyər. Çünki Qafqazın sülh şəraitində inkişafı hər bir dövlət üçün əhəmiyyətlidir. Hazırda İrəvanla Bakı arasında danışıqlar gedir. Ölən insanların cəsədləri qaytarılır. Ermənilər də bəzi rayonların mina xəritələrini təhvil verib. Bu iki dövlət barışıq və əməkdaşlıq yolunu tapsa sözügedən irəliləyiş, nəinki Ermənistan və Azərbaycana, həm də bütün Qafqaza müsbət təsir göstərəcək. Hər iki dövlətlə Gürcüstanın yaxşı əlaqələri var, amma anlaşılmazlıq, mübahisəsiz Qafqaz daha yaxşı olardı. İqtisadi planda da önəmlidir. Bilirəm ki, Bakı İrəvanı iqnor etməyən layihələrdə də maraqlıdır”. 

Azərbaycan Qarabağı işğal edən Ermənistamn və bu zəbtə dolayısı ilə dəstək olan iki dövlətlə “3+3” formatında iş birliyinə hazırdır. Sizcə, Bakı səhv edir?

“Əvvəla qonşu ölkənin qərarını mühakimə etmək mənim işim deyil. Amma risk edib deyəcəm ki, Azərbaycan doğru yöndə addımlayır. Prezident İlham Əliyevin hamıyla danışmaq qərarı da düzgündür”. 

Cənubi Qafqazı bu düşdüyü durumdan nə xilas edə bilər?

“Cənubi Qafqazın xilas olacaq qədər pis durumda olduğunu sanmıram. Vəziyyəti yaxşılaşdırmaq üçün isə hər 3 dövlətin ölçüb-biçilmiş siyasət aparması önəmlidir. Dövlətlər öz maraqlarını düşünməklə yanaşı, müəyyən sağlam güzəştlərə də hazır olmalıdırlar”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO