Güney azərbaycanlılar ayağa qalxdı - 50 şəhərdə etiraz mitinqi başladı

Güney azərbaycanlılar ayağa qalxdı - 50 şəhərdə etiraz mitinqi başladı

Hazırda oxunan: Güney azərbaycanlılar ayağa qalxdı - 50 şəhərdə etiraz mitinqi başladı

45717

Noyabrın 11-də Güney Azərbaycan və İranın bir sıra şəhərlərində müəllimlərin etiraz aksiyaları baş tutub.

Bizim.Media "Azad İran Telegram kanalına istinadən xəbər verir ki, ümumilikdə 50 şəhərdə keçirilən etirazlara hazırda çalışan müəllimlərlə yanaşı təqaüdə çıxan təhsil işçiləri də qatılıblar.

İran Azad Həmkarlar Birliyinin məlumatına görə, aksiyalarda çox sayda müəllim tutulub və polislər tərəfindən döyülüb.

İranın müxtəlif şəhərlərində, həm də Güney Azərbaycanın Həmədan, Zəngan, Ərdəbil, Təbriz, Qəzvin və Culfa şəhərlərində müəllimlər yerli Təhsil İdarələri qarşısına toplaşıblar.
 

Etirazçılar, müəllimlərin və təhsil sahəsində çalışanların hüquqlarının pozulmasına, dövlət büdcəsindən təhsil sahəsinə cüzi məbləğin ayrılmasına etiraz edib və təqaüdlərin bərabərləşdirilməsini tələb ediblər.


Narazılar habelə fəal müəllimlərin həbs olunmasına da etirazlarını bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO