“Hər gün 4-5 nəfər şiddətlə bağlı müraciət edir” – Komitə RƏSMİSİ

“Hər gün 4-5 nəfər şiddətlə bağlı müraciət edir” – Komitə RƏSMİSİ

Hazırda oxunan: “Hər gün 4-5 nəfər şiddətlə bağlı müraciət edir” – Komitə RƏSMİSİ

45705

"10 gün əvvəl açılan İsmayıllı şəhər Uşaq və Ailələrə Dəstək Mərkəzinə bu müddətdə təxminən 35 müxtəlif səkilərdə müraciət olub". 

Bizim.Media xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva İsmayıllıda Uşaq və Ailələrə Dəstək Mərkəzinə təşkil olunan mediaturda qeyd edib.

Onun sözlərinə görə Mərkəzə gün ərzində təxminən 4-5 müraciət edən olur:

"Mərkəz sığınacaq kimi fəaliyyət göstərmir. Müraciət edənlərə psixoloji dəstək göstərilir və risk qrupuna aid olan ailələrlə sosial iş aparılır. Burada gecələmək üçün 2 otaq və 4 çarpayımız var. İstənilən zorakılıqla üzləşən qadın və ya uşaqlarımızın təhlükəsizliyini qorumaq və sığınacağa yerləşdirilmək şərtilə onların burada gecələməsinə imkan veririk".

Dövlət Komitəsi­nin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova isə bildirib ki, il ərzində məişət zorakılığı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 300-dən çox müraciət daxil olub.

Onun sözlərinə görə müraciətlər Komitənin 860 "Qaynar xətti"vasitəsilə daxil olur: 

"Bu hələ yalnız bizə edilən müraciətlərdir. Daxil olan hər bir müraciət ayrı - ayrılıqda araşdırılır və müvafiq tədbirlər görülür. Hüquq-mühafizə orqanlarına da məişət zorakılığı ilə bağlı müraciət edənlər də kifayət qədərdir".

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO