Azərbaycanın fındıq ixracı kəskin azaldı - SƏBƏB

Azərbaycanın fındıq ixracı kəskin azaldı - SƏBƏB

Hazırda oxunan: Azərbaycanın fındıq ixracı kəskin azaldı - SƏBƏB

0:00
0:00
45686

Bu il Gürcüstan fındıq ixracından 150 milyon dollar əldə edib. 

Qeyd edək ki, qonşu ölkə fındığı əsasən Avropa ölkələrinə ixrac edir. Bu ölkələrin siyahısına Almaniya, İtaliya və Çexiya başçılıq edir. İspaniya, Polşa, Fransa, Avstriya, Estoniya, Böyük Britaniya kimi Avropa ölkələri də Gürcüstandan fındıq alır. Həmçinin Gürcüstandan Rusiya, Ermənistan, Braziliya, Belarus, Meksikaya da fındıq ixracı həyata keçirilir.

Bəs, Azərbaycan bu məhsulun ixracından yararlana bilirmi? 

Bizim.Media mövzunu araşdırıb.

Gürcüstanla müqayisədə bu il Azərbaycanın ixracı təxminən 3 dəfəyədək az olub. Dövlət Gömrük Komitəsinin göstəricilərinə əsasən, 9 ayda ölkəmizdən 9888 ton meşə fındığı ixrac olunub ki, bu ölkəyə 57,2 milyon dollar vəsait gətirib.  

Baxmayaraq ki, ötən il koronavirusla bağlı həm Azərbaycanda, həm də digər ölkələrdə bir sıra məhdudiyyətlər tətbiq olunub, fındıq ixracından ölkəmizə daha çox gəlir daxil olub. Belə ki, 2020-ci ilin yanvar-sentyabr aylarında ixrac edilən fındığın dəyəri 69,2 milyon dollara bərabər olub. Həmin dövrdə Azərbaycandan xaricə 11 min tondan artıq məhsul ixrac olunub. 

Ümumilikdə 2020-ci il ərzində fındıq ixracından Azərbaycana 116 milyon 335 min dollar vəsait daxil olub. 
 

Qeyd edək ki, qonşu ölkədən geridə qalsaq da, bu məhsul meyvə-tərəvəz məhsulları arasında pomidordan sonra ikinci yeri tutur. Bu həm də ümumilikdə qeyri-neft sektorunda ixracımızın kiçik olmasının göstəricisidir. 


Azərbaycanın fındıq ixrac etdiyi ölkələrə gəlincə, təəssüf ki, qonşu Gürcüstan kimi bu ölkələrin əhatə dairəsi də çoxşaxəli deyil. Digər meyvə-tərəvəz məhsulları kimi meşə fındığının da əsas idxalçısı Rusiyadır. Sonrakı yerlərdə isə kiçik ixrac göstəriciləri ilə İtaliya və Almaniya dayanır.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO