Bu icra hakimiyyətinin şöbə müdirinə CİNAYƏT İŞİ AÇILDI

Bu icra hakimiyyətinin şöbə müdirinə CİNAYƏT İŞİ AÇILDI

Hazırda oxunan: Bu icra hakimiyyətinin şöbə müdirinə CİNAYƏT İŞİ AÇILDI

45620

Salyanın baş memarı, İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri barəsində cinayət işi açılıb.

Bizim.Media xəbər verir ki, baş memar Teyyub Hüseynov bir sıra qanun pozuntularında ittiham olunur.
 

Onun barəsində Cinayət Məcəlləsinin 314-2.3-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, əməllər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib.


Hazırda ibtidai istintaq başa çatıb və baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlkin Abdullayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 23-nə təyin edilib. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO