Bakıda mənzillərə istiliyin verilməsi tezləşdirilidi - ÖZƏL

Bakıda mənzillərə istiliyin verilməsi tezləşdirilidi - ÖZƏL

Hazırda oxunan: Bakıda mənzillərə istiliyin verilməsi tezləşdirilidi - ÖZƏL

45607

Havaların soyuması ilə əlaqədar Azərbaycanda mənzillərə istiliyin verilməsinə vaxtından tez başlanıb. 

Bununla bağlı Bizim.Media-ya “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda binalara mərkəzi istilik nə vaxtdan veriləcək? – AÇIQLAMA 


Onun sözlərinə görə, bu gündən  müraciətlər əsasında qazanxanaların açılmasına başlanılıb:

“Kim müraciət edir və ödənişə təminat verirsə, onların qazanxanalarını işə salırıq”.

Rafiq Əliyev bildirib ki, dağ və dağ ətəyi rayonlarda noyabrın 1-dən istiliyin verilməsinə başlanıb.
 

Qeyd edək ki, dağ və dağətəyi rayonlarda istilik sisteminin noyabrın 1-dən işə salınacağı əvvəlcədən bəlli olsa da, digər rayonlarda, eləcə də Bakıda noyabrın 15-dən qış mövsümünə keçidin baş tutacağı açıqlanmışdı. 


Ümumilikdə “Azəristiliktəchizat” 554 qazanxanadan 184 minə yaxın mənzilə, 281 məktəbə, 160 uşaq bağçasına, 161 səhiyyə müəssisəsi və 1980 sosial obyektə istilik verir.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO