Yevlax rayon xəstəxanasında pasiyentlərin həkim otağına tualetdən keçərək daxil olmasını videoya çəkən şəxs ona polis tərəfindən təzyiq edildiyini iddia edib.
Bizim.Media xəbər verir ki, videonu çəkən şəxsin bacısı olduğunu bildirən B. M. adlı sosial şəbəkə istifadəçisi bu barədə paylaşım edib.
O, müraciət yayaraq bildirib ki, dünən qardaşını Yevlax Rayon Polis Şöbəsinə çağıraraq həkimdən üzr istəməsini tələb ediblər:
“Mobil telefonunu da alıb verməyiblər. Pul da tələb ediblər”.
DİN Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib ki, bununla bağlı Yevlax Rayon Xəstəxanasının baş həkimi tərəfindən polisə rəsmi şikayət daxil olub:
“Baş həkim tərəfindən polisə rəsmi şikayət daxil olub. Şikayətin təfərrüatlarının araşdırılması üçün vətəndaş Yevlax RPŞ-yə dəvət olunaraq izahatı alınıb. Vətəndaşın üzr istədilməsi, yaxud digər iddialar tamamilə əsassızdır. Belə hal baş verməyib. Hazırda rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində araşdırmalar davam etdirilir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:28 / 11.11.2021
Həkim qəbuluna tualetdən keçilən xəstəxana ilə bağlı QALMAQAL – VİDEO
Hazırda oxunan: Həkim qəbuluna tualetdən keçilən xəstəxana ilə bağlı QALMAQAL – VİDEO
Hazırda oxunan: Həkim qəbuluna tualetdən keçilən xəstəxana ilə bağlı QALMAQAL – VİDEO
45576
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.