Moskva Ermənistana bir həftə vaxt verdi

Moskva Ermənistana bir həftə vaxt verdi

Hazırda oxunan: Moskva Ermənistana bir həftə vaxt verdi

4552

Bu bir həftədə Paşiniyan rejimi konkret qərara gəlməlidir, ya istefaya gedəcək, ya da Azərbaycandan sonra Rusiyanın da şərtlərini dinməzcə yerinə yetirəcək. 

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri polkovnik Armen Abazyanın Moskva səfəri bu baxımdan üzərində ağır yüklərlə yekunlaşıb. O burada önəmli dövlət rəsmiləri və Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovla görüşlər keçirilib. Görüş ərzində Ermənistanda Rusiya kanallarının yayımının bərpası da daxil olmaqla bir neçə mühüm məsələnin müzakirə olunduğu qeyd olunur.

Lakin daha sonra Ermənistan mediasında görüşlərin təfərrüatları ilə bağlı müxtəlif məzmunlu xəbərlərə yer verilib. Ermənistan mediasının verdiyi məlumatlarda əsas diqqət Aleksandr Bortnikovun Abazyana Ermənistandakı Soros agentlərinin siyahısını verməsi xüsusilə qeyd olunur. Ermənistandakı Sorosçuların təmizlənməsi istəyi Ermənistanda çox da xoş qarşılanmayıb.

Çünki, bu Rusiyanın Ermənistan hakimiyyətini kadr dəyişikliyinə məcbur etməsi kimi nəzərə çarpır. Bir sıra media qurumları bunu Rusiyanın Ermənistanı yenidən “işğal” etmək istəyi ilə eyniləşdirir. Görünən odur ki, Ermənistan mediası Moskvadakı danışıqları Rusiyanın artan təhdidini göstərmək və xarici siyasətdə Qərbə yönəlməyin vacibliyini vurğulamaq üçün tirajlayır.

Rusiya meylli erməni mətbuatı isə danışıqlarda Sorosçulara yer verilmədiyini qeyd edir. Onların məlumatlarında isə Aleksandr Bortnikov xaricdən Dağlıq Qarabağda vuruşmaq üçün gələn erməni terrorçularının siyahısını təqdim etdiyi və Rusiyadan silah qaçaqmalçılığı məsələsini müzakirə edildiyi qeyd olunur.

Məlumatlarda Ermənistanın diaspora üzvlərindən və ya məmurlarından asılı olmayaraq günahkarların mütləq şəkildə cəzalandırılması və Avropadan gəlmiş terrorçu fəaliyyəti ilə şübhəli bilinən şəxslərin ölkədən çıxarılması Abazyana bir həftə vaxt verildiyini bildirilir.

Ermənistan isə danışıqların məzmunu haqqında rəsmi hər hansı açıqlama vermir. Lakin hər iki yanaşmadan məlum olduğu kimi Rusiya Ermənistan qarşısında konkret şərt qoyub. Bu şərt çox güman ki, Paşinyanın hakimiyyətdə qalmasına və ölkədəki xaosun aradan qaldırılmasına təminat xarakteri daşıyır. Paşinyan daha əvvəl də Rusiya prezidenti Vladmiri Putinlə danışıqlara uğursuz cəhdlər etmişdi. Lakin görünür Putin bu dəfə Bortnikovun timsalında Paşinyana öz istəklərini çatdırmağa qərar verib.

Paşinyana sadiq kadrlardan olan Abazyanın Moskva ziyarətini gerçəkləşdirməsi də bu şübhələri əsaslandırmağa imkan verir. Ermənistanda son günlərdə baş verən hadisələr və rus meyilli qüvvələrin fəallaşması Rusiyanın Ermənistanda təsir gücünün nümayişi kimi qiymətləndirilə bilər. Eyni zamanda xarici diaspora təmsilçilərinin fəallaşması və müharibə ilə əlaqədar xarici muzdluların ölkəyə cəlb olunması Rusiyanı ciddi şəkildə narahat edən əsas məsələlərdən biridir.

Məhz bu səbəblərə görə Ermənistan görüşün təfərrüatları haqqında rəsmi məlumat verməkdən çəkinir. Eyni zamanda isə yerli mətbuat Rusiyanın kadr dəyişikliyi etmək, dolayısı ilə Ermənistanı yenidən təsir dairəsinə salmaq istəyini vurğulayır. Sorosçuların Ermənistan mətbuatı ilə daha intensiv işləmiş olduqlarını nəzərə alsaq, mətbuatda verilənlər Ermənistanın rəsmi mövqeyindən çox Qərb meylli qüvvələrin fəaliyyətinin nəticəsidir. Paşinyanın isə hakimiyyətini qorumaq üçün Qərb və Rusiya arasındakı get-gəli davam edir.

Rəvan Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO