Gürcüstanda vəziyyət GƏRGİNLƏŞDİ - ABŞ və Polşadan da ÇAĞIRIŞ gəldi 

Gürcüstanda vəziyyət GƏRGİNLƏŞDİ - ABŞ və Polşadan da ÇAĞIRIŞ gəldi 

Hazırda oxunan: Gürcüstanda vəziyyət GƏRGİNLƏŞDİ - ABŞ və Polşadan da ÇAĞIRIŞ gəldi 

45442

Gürcüstandakı vəziyyət gərgin olaraq qalmaqdadır. Tbilisidəki bugünkü etiraz aksiyasında 46 nəfər saxlanılıb. Nümayişçilərin əsas tələbi Saakaşvilinin azad olunmasıdır.

Bizim.Media xəbər verir ki, tələblər arasında növbədənkənar parlament seçkilərinin keçirilməsi də var.

Gürcüstanın Penitensiar Xidməti isə Mixeil Saakaşvilinin məhkəməyə gətirilməsindən imtina edib. Amma məhkəmənin daha əvvəlki qərarı ilə Saakaşvili iclasda iştirak etməliydi. 

Gürcüstanla bağlı günün digər əsas hadisələri bunlardır:

1. Son sadalananlardan sonra hakim Nino Elieşvili Mixeil Saakaşvilinin məhkəmə iclasında iştirak etməsi üçün vəkillərin müraciətinə yox deyib. Qərara etiraz edənlər məhkəmə zalından qovulub. Xatırladaq ki, məhkəmənin iclası 7 noyabr 2007-ci ildəki mitinq, “İmedi” telekanalı və mərhum biznesmen Badri Patarkaçişvilinin mülkünün dağıdılması ilə bağlıdır. Əsas fiqurantlardan biri Mixeil Saakaşvili hesab olunur. 

2. Bununla yanaşı, Tbilisi şəhər məhkəməsi girov müqabilində ittiham olunan 4 nəfərin azadlığa buraxılmasından da imtina edib. Belə ki, onlar Saakaşvilinin Gürcüstana qanunsuz daxil olmasında yardımçı olan Georgi Narimanidze, Elquca Çomaya, Zurab və Şalva Çoçoriyalalardır. 

3. Polşa prezidenti Anjey Duda Saakaşvilinin həbsinin Gürcüstanın imicinə təsir edəcəyini bəyan edib. Həmçinin polyaklar Saakaşvilini mərhum prezidentləri Lex Kaçinskinin dostu sayır. 

4. ABŞ Gürcüstana çağırış edib ki, Saakaşviliyə qarşı ədalətli və ləyaqətli davranılsın.

Məlumata görə, Dövlət Departamentinin nümayəndəsi olan Ned Prays bunu briffinq zamanı açıqlayıb.

Sonda qeyd edək ki, Saakaşvilinin həbsinə etiraz olaraq noyabrın 3-də aclıq aksiyasına başlayan “Droa” (Vaxtı çatıb) partiyasının lideri, müxalif deputat Elene Xoştariyanın da vəziyyəti ağırdır. Analizlərin cavabı o qədər pis olub ki, qan köçürtməsinə ehtiyac yaranıb. Xanım deputatın aclıq aksiyasının əsas məqsədi Mixeil Saakaşvilinin də mülki xəstəxanaya köçürülməsinə nail olmaqdır. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO