Moskvada Azərbaycan bayrağını təhqir edən ticarət mərkəzi ilə bağlı REAKSİYA - VİDEO

Moskvada Azərbaycan bayrağını təhqir edən ticarət mərkəzi ilə bağlı REAKSİYA - VİDEO

Hazırda oxunan: Moskvada Azərbaycan bayrağını təhqir edən ticarət mərkəzi ilə bağlı REAKSİYA - VİDEO

45440

Xəbər verdiyimiz kimi Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Rumyantsev Ticarət Mərkəzində Azərbaycan bayrağı təhqir edilib. Belə ki, ticarət mərkəzinin döşəmə və pilləkənlərinə Azərbaycan bayrağı həkk olunub.

Rusiyada yaşayan həmyerlilərimiz bununla bağlı sosial şəbəkələrdə video yayımladıqdan sonra məsələ böyük narazılığa səbəb olub.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Rusiyada yaşayan azərbaycanlı jurnalist və politoloq Anar Həsənov bildirib ki, problem artıq həll olunmaq üzrədir.
 

MÖVZU İLƏ BAĞLI:

Moskvada erməni sahibkar bayrağımızı ayaqlar altına sərdi – VİDEO


“Qeyd edim ki, “Biznes Park Rumyantseva” adlanan ticarət mərkəzinin sahibi erməni deyil, lakin orada çalışan işçilər arasında bir xeyli erməni milliyətinin nümayəndələri var. Məndə olan məlumata görə, artıq orada olan lentin demontaj işləri gedir. Hazırda şəxsi təşəbbüslər nəticəsində bu neqativ hal aradan qaldırılır”.
 

Politoloqun sözlərinə görə, Rusiyada yaşayan həmyerlilərimiz dərhal məsələ ilə bağlı narazılıqlarını mərkəzin rəhbərliyinə bildiriblər. Mərkəzdən onlara atılan addımın heç bir təxribat xarakter daşımadığı bildirilib.


“Narazılıq edən kəslərə mərkəzdən bildiriblər ki, bu bilərəkdən edilən hərəkət deyil. Sadəcə, təsadüfən rənglər üst-üstə düşüb. Onların heç bir halda Azərbaycanı təhqir etmək fikri olmayıb”.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO