Ermənilər Lənbəlini necə Baqrataşen etdilər? - VİDEO

Ermənilər Lənbəlini necə Baqrataşen etdilər? - VİDEO

Hazırda oxunan: Ermənilər Lənbəlini necə Baqrataşen etdilər? - VİDEO

4544

Bizim.Media jurnalist Afaq Fərzəlibəyovanın sosial şəbəkə statusuna istinadən xəbər verir ki, ermənilərin qətliam aktlarından biri də hələ 30 il əvvəl Lənbəlidə baş verib. Əslən həmin kənddən olan jurnalist xatirələrini bölüşüb: 

“Lənbəli – qaynayan yaram! Ağlayan gözlərim, qubar etmiş ürəyimsən. O vaxt (1989) körpə olsam da, çox şey yadımdadır. Dayım bizi Lənbəlidən çıxaranda maşının təkərinə atəş açmışdılar. Anam çox qorxmuşdu. Mən isə ətrafımda nə baş verdiyini anlamırdım. Gözümü açanda biz artıq Sadaxlıdaydıq. Bizi dəmir borulara salıb, borunun giriş çıxışını qaynaqla bağlamalı idilər. (svarkalamalıydılar) Sadaxlının rəhbər şəxsləri ermənilərə xəbər göndərmişdilər ki, bir insanın burnu qanasa, qarşınızda bizi görəcəksiniz''.

''Bununla da Sadaxlının sayəsində, cismimiz sağ-salamat Lənbəlimizi tərk etdi. Bu günə kimi yaralı qəlbimizlə yaşayırıq. İllərdir ki, atamın məzarının gözü yollardadır. Deyilənə görə, qəbirləri dağıdıblar. Olsun! Məzar daşı olmasa belə, torpağın atama aid olan hissəsini, parçasını taparam. Mən atamı istəyirəm, əlləri ilə əkdiyi, becərdiyi, can verdiyi üzüm bağlarımı istəyirəm. Ən çox da, atamla birgə əkdiyimiz tut ağacını istəyirəm.”

Xatirələrində erməni vəhşiliklərini, vətən, ata kədərini təsvir edən jurnalist statusuna sual və təkliflə davam edib: 

“Necə olur ermənilər bizim Xocalıda yaşayacaq? Xocalı heç məskən salınası yer deyil. Ora muzey olmalı idi. Baxdıqca xatırlanan, yaşadıqlarımızı əks etdirən tarix muzeyi kimi formalaşmalı idi. Əgər ermənilərin orada yaşaması mümkündürsə, bizi də Lənbəliyə göndərmək olar”.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO