DİN-dən polislərdən 80 manat tələb edən vəzifəli şəxslə bağlı AÇIQLAMA - VİDEO

DİN-dən polislərdən 80 manat tələb edən vəzifəli şəxslə bağlı AÇIQLAMA - VİDEO

Hazırda oxunan: DİN-dən polislərdən 80 manat tələb edən vəzifəli şəxslə bağlı AÇIQLAMA - VİDEO

45361

Sosial şəbəkələrdə Sabirabad rayon polis şöbəsinin vəzifəli şəxsinin əməkdaşlardan 80 manat tələb etməsini əks etdirən videogörüntü yayılıb.

Bizim.Media xəbər verir ki, iclas zamanı çəkilən videoda danışan şəxsin polis rəisi olduğu iddia olunub. Həmin şəxs hansısa tədbir üçün hər kəsin 80 manat verməli olduğunu, bir gün ərzində həmin məbləği haradan olursa-olsun tapıb gətirmələrini tələb edir.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, “Tik-tok”-da yayılan görüntülərdən məlumatlıdırlar:

“Görüntülər qərəzlidir, məqsədli olaraq sosial şəbəkələrə ötürülüb. Bu, 3 il əvvəl Sabirabad RPŞ-nin Post-Patrul bölüyünün iclasında bir müddət bundan öncə daxili işlər orqanlarından mənfi motivlərə görə xaric olunan əməkdaş tərəfindən çəkilib. Həmin iclasda bir yubiley tədbirinin təntənəli keçirilməsi üçün bölük əməkdaşlarının təşəbbüsü olub. Lakin sonradan tədbir baş tutmayıb. Görüntüdə əks olunan bölük komandiri olub”. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO