Hadrut və Şuşadan qaçan ermənilər İrəvanda etiraz aksiyası keçirdi - FOTO

Hadrut və Şuşadan qaçan ermənilər İrəvanda etiraz aksiyası keçirdi - FOTO

Hazırda oxunan: Hadrut və Şuşadan qaçan ermənilər İrəvanda etiraz aksiyası keçirdi - FOTO

45290

Hadrut və Şuşadan qaçan ermənilər İrəvanda hökumət binasının önünə toplaşaraq qaçqın statusunun verilməsini tələb edirlər və sosial müavinətlərin azaldılmasına qarşı çıxırlar. 

Bizim.Media “Sputnik Armenia” nəşrinə istinadən xəbər verir ki, etirazçı Levon Hayriyan vurğulayıb ki, iyul ayına qədər kirayə haqqını ödəmək üçün adambaşına təxminən 60 dollar, yaşayış üçün isə 125 dollar sosial yardım alıblar. İndi sadəcə kirayə haqqı verilir. O da 50 dollara endirilib.

Aşot Arutyunyan isə hakimiyyəti İrəvan yaxınlığında qaçqınlar üçün şəhərcik salmağa çağırıb:

“Beynəlxalq strukturlara müraciət edəndə bizdən ilk soruşduqları məsələ hökumətimizin qaçqınların statusunu tanıyıb-tanımamasıdır”.

Arutyunyan xatırladıb ki, Qarabağdakı qondarma rejim onları üç ildən sonra mənzillə təmin edə bilər:

“O vaxtadək nə edəcəyimizi bilmirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO