Rəsmi Moskvadan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı VACİB BƏYANAT

Rəsmi Moskvadan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı VACİB BƏYANAT

Hazırda oxunan: Rəsmi Moskvadan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı VACİB BƏYANAT

45270

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Azərbaycan-Ermənistan dövlət sərhədində gərginlik azaldılmalı, sərhədlərin delimitasiyası prosesinə başlanılmalı, sonra isə demarkasiya sona çatdırılmalıdır.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanması ilə bağlı bəyanatında deyilir.
 

"Bu gün biz vurğulaya bilərik ki, 9 noyabr 2020-ci il tarixli bəyanatda qeyd olunan razılaşmalar ümumilikdə yerinə yetirilir. Vacibdir ki, Bakı və İrəvan bundan sonra da onun həyata keçirilməsinə və bütün müddəalarına ciddi əməl olunmasına sadiq qalsın", - Rusiya XİN bildirib.


Qurum vurğulayıb ki, Rusiya sülhməramlı kontingenti regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir.

"Rusiya sülhməramlılarının iştirakı ilə 2020-ci il dekabrın 2-dən ümumilikdə 122 hərbi əsir geri qaytarılıb. Onlardan 105 nəfər Ermənistana, 17 nəfər Azərbaycana aiddir. Öz növbəsində Azərbaycan tərəfinə 3 paket minalanmış xəritələr təhvil verilib” - məlumatda deyilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO