Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı - VİDEO

Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı - VİDEO

Hazırda oxunan: Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı - VİDEO

45252

8 noyabr – Zəfər Günü tarixində Amerika Birləşmiş Ştatları və Kanada arasında yerləşən və dünyanın ən böyük şəlalələrindən olan Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rənglərinə boyanıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Bizim.Media-ya verilən xəbərə görə, Azərbaycan bayrağının fonunda torpaqlarımızın azad olunması yolunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib, musiqiçilər Rizvan Əliyev və Röya Əliyeva tərəfindən milli mahnılar ifa olunub.

Tədbirdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri Xəzər İbrahim, səfirliyin əməkdaşları və ABŞ-da yaşayan icma nümayəndələri iştirak ediblər.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO