DİQQƏT - Yol polisindən vacib XƏBƏRDARLIQ

DİQQƏT - Yol polisindən vacib XƏBƏRDARLIQ

Hazırda oxunan: DİQQƏT - Yol polisindən vacib XƏBƏRDARLIQ

45149

"Dünəndən etibarən Dövlət Yol Polisi paytaxt ərazisində keçirilən "Zəfər günü" tədbirləri ilə əlaqədar olaraq sürücülərə xəbərdarlıq edib. Hansı küçə və prospektlərin bağlı olacağı barədə ətraflı məlumat verib. Təəssüf ki, bəzi sürücülər xəbərdarlığa məhəl qoymadan məsuliyyətsizlik edir və nəticədə Neftçilər prospektində maddi zərərlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi baş verib".

Bunu Bizim.Media-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Polisdən sürücülərə TƏCİLİ XƏBƏRDARLIQ – Bu yolda binanın uçma təhlükəsi var


Onun sözlərinə görə yol polisi tədbirlərin təhlükəsiz şəraitdə keçirilməsi üçün intensiv fəaliyyət göstərir:

"Lakin bəzi sürücülərin məsuliyyətsizliyi nəticədə qəzalar baş verir, tıxaclar yaranır. Sürücülərə bir daha müraciət edirik ki, paytaxtın mərkəzi ərazilərində şəxsi avtomobillərdən deyil, həmin istiqamətdə hərəkət edən ictimai nəqliyyatdan istifadə etsinlər. Eyni zamanda Neftçilər prospekti boyu dayanma-durma qaydalarına riayət etsinlər".

Polis polkovniki qayda pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərinin görüləcəyi barədə də xəbərdarlıq edib:

"Bu bayramı gözəl şəkildə qeyd etmək üçün hər birimiz özümüzdə məsuliyyət hiss etməliyik. Yol polisinin işini daha da çətinləşdirən addımlardan çəkinmək lazımdır. Kütəvi tədbirlər o demək deyil ki, qaydaları pozmaq olar.


Yol polisi qaydalara riayət etməyən, dayanma-durmanı pozan sürücülərə qarşı inzibati qaydada tədbirlər görəcək. Bir daha sürücüləri intizamlı olmağa dəvət edir, maksimum dərəcədə şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə çağırırıq".

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO