Kremldən Putin, Əliyev və Paşinyan görüşü ilə bağlı YENİ AÇIQLAMA

Kremldən Putin, Əliyev və Paşinyan görüşü ilə bağlı YENİ AÇIQLAMA

Hazırda oxunan: Kremldən Putin, Əliyev və Paşinyan görüşü ilə bağlı YENİ AÇIQLAMA

45136

Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın zirvə görüşü videokonfrans vasitəsilə hazırlanır, lakin vaxtla bağlı dəqiq razılaşma yoxdur.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Putin, İlham Əliyev və Paşinyan gələn həftənin əvvəlində görüşəcək - Kreml təsdiqlədi


"Mən Putin, Əliyev və Paşinyanın videokonfransının mövzusunu izah edəcəyəm. Doğrudan da, biz belə bir görüşün hazırlanması üçün iş aparıldığını təsdiqlədik, lakin burada qeyd etmək istəyirik: belə görüşün nə vaxt olacağı ilə bağlı dəqiq razılaşma və anlaşma yoxdur. Videokonfrans keçirilə bilərmi, yoxsa yox? Bu iş davam edir” - Peskov bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO