“Sözsüz ki, bu gün İrəvanda müxalifətin etiraz aksiyası baş tutacaq. Bu isə sadəcə onunla bağlıdır ki, erməni müxalifəti müxalifət olmaq üçün etiraz etməlidir. İstənilən siyasi fəaliyyət müəyyən proses və ardıcıllıqla olur. Səbəb isə ölməməkdir. Belə olan halda müxalifətin başqa çıxış yolu yoxdur” deyən rusiyalı politoloq Oleq Kuznetsov erməni müxalifətinin etiraz aksiyası ilə cəmiyyətə öz mövqeyini bildirmək istədiyini qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Elə hadisələr baş verəcək ki... - “Status ermənilərin heç yadına düşməyəcək” – Oleq Kuznetsovdan ÖZƏL ŞƏRH
Bizim.Media-ya özəl açıqlamasında həm də tarixçi olan Oleq Kuznetsov mitinqin nə qədər kütləviliyini proqnozlaşdırmağın çətin olacağını da bildirib.
Amma Koçaryan bir neçə min insanı nümayişə toplamağa qadirdir:
“Robert Koçaryan mitinq üzərində yaxşı işləsə, aksiyalar Ermənistanın başqa şəhərlərində də baş tutacaq. Ola bilər ki, mitinq ümumilli xarakter alsın. Nümayişin yekun və nəticələrini təxmin etmək də qəlizdir. Amma bir neçə saatdan sonra bu haqda biləcəyik.
Düşünürəm ki, mitinqdən sonra Ermənistanın daxili siyasətində xüsusi nəsə dəyişməyəcək. Hazırkı hakimiyyət cəmiyyətin yetərincə güvənini qazanıb. Ya da ki, erməni cəmiyyəti müxalifətə indiki hökumətdən daha çox nifrət edir.
Ona görə də Ermənistanda dövlət çevrilişinin ola biləcəyi barədə danışmaq tezdir. Daha doğrusu, bundan bəhs etmək axmaqlıqdır. Ermənistanda qeyri-adi heç nə olmayacaq. Çünki ermənilər yaxşı anlayırlar ki, onlar yeni geosiyasi xaosu yaşa bilməzlər”.
Bizim.Media