Kadırovdan qafqazlıları tənqid edən Simonyana SƏRT CAVAB 

Kadırovdan qafqazlıları tənqid edən Simonyana SƏRT CAVAB 

Hazırda oxunan: Kadırovdan qafqazlıları tənqid edən Simonyana SƏRT CAVAB 

45001

Çeçenistan rəhbəri Ramzan Kadırov özünün Telegram kanalında RT-nin baş redaktoru Marqarita Simonyanı sərt tənqid edib.

Bizim.Media “mk.ru”ya istinadən xəbər verir ki, buna erməni jurnalistin Yeni Moskvada qeydə alınan davadan sonra verdiyi açıqlamalar səbəb olub. 

Xatırladaq ki, Simonyan “Qafqaz mənşəli şəxslər”in “həddlərini aşdıqlarını” və bunun davam edəcəyi təqdirdə ölkədə “yaşayış icazəsinin daha sərt” variantının tətbiq ediləcəyini bildirmişdi.
 

MÖVZU İLƏ BAĞLI:

Ramzan Kadırov çıxışı zamanı göz yaşı tökdü - VİDEO


“Qafqazdan olan” Simonyana da xatırlatmaq istərdim ki, açıqlama verməzdən əvvəl ciddi, nüfuzlu media orqanının baş redaktoru kimi məlumatı yoxlamalı, yalnız bundan sonra nəticə çıxarmalı və təzə mövzu ilə bağlı piar aparmalıdır”. Kadırov fikrinə belə başlayıb.

O, qeyd edib ki, belə çirkin hiylə dözülməz nəticələrə gətirib çıxara bilər.

Kadırov hesab edir ki, media özünü elə aparır ki, guya milliyyəti olmayan hansısa qafqazlı var.  Çeçenistan lideri jurnalistlərin ölkənin başqa bölgələrindən olan yerli sakinlərin adlarının çəkilməməsindən hiddətlənib. 

"Qafqazlıların iştirakı olmadan minlərlə digər insidentlər susdurulur ya da onların etnik və regional mənsubiyyəti göstərilmir", - Çeçenistan rəhbəri bildirib.
 

O, həmçinin medianı “slavyan milliyyətinin yetirməsi” və “Moskva sakini” ifadələrindən də istifadə etməyə çağırıb.


Kadırov vurğulayıb ki, media siyasəti cəmiyyətin birliyini pozacaq. 

“Niyə yazmırlar ki, qafqazlılar metroda bir qızı sərxoş slavyanlılardan necə qoruyub?”. Çeçenistan lideri soruşub. 

Onun fikrincə, qafqazlılar haqqında ya yaxşı yazmaq, ya da heç yazmamaq lazımdır. Kadırov vurğulayıb ki, jurnalistlərin hərəkətləri milyonlarla rusiyalının milli və dini hisslərini təhqir edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO