Polis Bakıda əməliyyat keçirdi, 12 nəfər saxlanıldı - VİDEO

Polis Bakıda əməliyyat keçirdi, 12 nəfər saxlanıldı - VİDEO

Hazırda oxunan: Polis Bakıda əməliyyat keçirdi, 12 nəfər saxlanıldı - VİDEO

44920

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtobuslarda cibgirliklə məşğul olan şəxslərə qarşı növbəti silsilə əməliyyatlar həyata keçirilib. 

Bizim.Media xəbər verir ki, nəticədə cibgirliklə məşğul olan 12 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Saxlanılan şəxslər avtobusda, əsasən qadınların çanta və mobil telofonlarını oğurlayıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Kürdəmirdə 61 yaşlı qadını öldürən qohumu HƏBS EDİLDİ


Cibgirlik etdikləri üçün saxlanılan 12 nəfərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur.

Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və "102" Xidməti-Zəng Mərkəzinə və məlumat verə bilərlər.

Sonda qeyd edək ki, cibgirlik etdikləri üçün saxlanılanların hər biri əvvəllər dəfələrlə məhkum olunublar və tutulan zaman hər birinin üzərindən müxtəlif növ narkotik vasitələr aşkar edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO