FHN Bakı metrosunda təlim keçirdi - FOTO

FHN Bakı metrosunda təlim keçirdi - FOTO

Hazırda oxunan: FHN Bakı metrosunda təlim keçirdi - FOTO

44884

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri razılaşdırılmış cədvələ əsasən, “Bakı Metropoliteni” QSC-nin ərazisində yerləşən dəmir-beton konstruksiyaları istehsalatı sahəsinə məxsus qazanxanada yanğın-taktiki təlim keçirib.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, qazanxananın 46/20 nömrəli universal tipli buxar qazanında baş verən şərti yanğın hadisəsi yanğın-taktiki təlimin əsas mövzusu olub.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda quyuya düşən şəxsi FHN belə çıxardı - VİDEO


Belə ki, şərti yanğın hadisəsi barədə FHN-in “112” qaynar telefon xəttinə “məlumat verilib” və metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb.

Daha sonra Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami rayon Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürmə qüvvələri “hadisə” baş vermiş ünvana gələrək şərti yanğını qısa müddət ərzində söndürüb.

Təlim başa çatdıqdan sonra təlim planına uyğun görülmüş tədbirlər müzakirə olunub, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Metropoliten işçilərinə baş verə biləcək bu kimi fövqəladə hallar zamanı zəruri davranış və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO