Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir - Hikmət Hacıyev detalları açıqladı

Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir - Hikmət Hacıyev detalları açıqladı

Hazırda oxunan: Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir - Hikmət Hacıyev detalları açıqladı

44850

“Azərbaycanın uğurlu əməliyyatı nəticəsində ərazilərini tamamilə azad etdi”.

Bizim.Media-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Hikmət Hacıyevdən Ermənistanla bağlı beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ


H. Hacıyev deyib ki, Dağlıq Qarabağ münaqişəsinə artıq son qoyulub, artıq Qarabağ Azərbaycanın daxili işidir:
 

“Ancaq Ermənistan və Azərbaycan arasında birbaşa münasibət, əlaqə yoxdur. Zəngəzur dəhlizinin açılması regionda nəqliyyat əlaqələrinin bərpa olunmasını təmin edəcək.


Azərbaycan Ermənistana sərhədlərin delimitasiya və demarkasiyasına başlanmasını, sülh müqaviləsinin imzalanmasını istəyir. Bir daha vurğulamaq istəyirəm ki, Fransa və Almaniya arasında olduğu kimi Azərbaycanla Ermənistan arasında da sülh müqaviləsi imzalanmasını istəyirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO