Şəhidin adını daşıyan məktəb istifadəyə verildi - FOTO

Şəhidin adını daşıyan məktəb istifadəyə verildi - FOTO

Hazırda oxunan: Şəhidin adını daşıyan məktəb istifadəyə verildi - FOTO

44821

Zəfər Günü ərəfəsində Xaçmazın şəhid Qürbət Babayev adına Xudat kənd ümumi orta məktəbin modul tipli binası istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, açılış mərasimində iştirak edən Xaçmaz rayonun icra başçısı Elnur Rzayev yeni məktəb binası və Zəfər Günü münasibətilə şagird və müəllimləri təbrik edib.

O, son 2 ildə Xaçmazda 10 məktəbin yeniləndiyini bildirib.

Rayon rəhbəri qarşıdakı ildə Qusarçay və yanmış Palçıqoba kənd məktəbləri üçün də yeni binaların inşa olunacağını vurğulayıb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO