Azərbaycan “OPEC plus” konsensusuna qoşuldu – Günlük neft hasilatı artırılır - FOTO

Azərbaycan “OPEC plus” konsensusuna qoşuldu – Günlük neft hasilatı artırılır - FOTO

Hazırda oxunan: Azərbaycan “OPEC plus” konsensusuna qoşuldu – Günlük neft hasilatı artırılır - FOTO

44671

“OPEC plus” ölkələri nazirlərinin bu gün baş tutmuş 22-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barrel artırılması üzrə nazirlərin iyul iclasında qəbul edilmiş qərarın qüvvədə qalmasına dair razılıq əldə edilib.

Bizim.Media xəbər verir ki, qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyi dekabrda gündəlik 64 min barrel təşkil edəcək. Yəni Azərbaycan gündəlik xam neft hasilatını noyabr ayı ilə müqayisədə 7 min barrel artırmaqla 654 min barrel həcmində saxlamaq imkanı əldə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Gözlər OPEC-də - Neftin bahalaşması davam edəcəkmi?


Pərviz Şahbazov iclasdan sonra təşkil olunmuş mətbuat konfransı zamanı ünvanlanmış suallara cavab olaraq deyib:

“Bu gün qəbul edilmiş qərar həmişə olduğu kimi konsensus əsasında qəbul edilib və faktlara, araşdırmalara, təhlillərə əsaslanır”.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 23-cü iclasının 2 dekabr tarixində keçirilməsi razılaşdırılıb.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO