Kürdəmirdə 61 yaşlı qadını öldürən qohumu HƏBS EDİLDİ

Kürdəmirdə 61 yaşlı qadını öldürən qohumu HƏBS EDİLDİ

Hazırda oxunan: Kürdəmirdə 61 yaşlı qadını öldürən qohumu HƏBS EDİLDİ

44665

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Kürdəmirdə baş vermiş cinayət hadisəsi ilə bağlı birgə məlumat yayıb.

Bizim.Media xəbər verir ki, bu ilin avqust ayının 6-da 1960-cı il təvəllüdlü Xanımqız Bədəlovanın Kürdəmir şəhəri, Soltan Şıxəliyev küçəsində yerləşən evində üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Kürdəmirdə 53 yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü


Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş kompleks istintaq hərəkətləri, o cümlədən əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslə uzaq qohumluq əlaqəsi olan Rəfael Cəfərov avqustun 5-də Xanımqız Bədəlovanın evinə gələrək öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə sonuncunun yatmasını gözləmiş, Xanımqız Bədəlovanın yatdığına əmin olduqdan sonra çəkiclə onun baş nahiyəsinə çoxlu sayda zərbələr endirərək qəsdən öldürmüş və zərərçəkmişin çantasında olan 115 manat məbləğində pulu götürərək özgə əmlakını gizli yolla talayıb.

Rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Rəfael Cəfərəov Kürdəmir rayonu ərazisində saxlanılaraq istintaq orqanına təhvil verilib.

Rəfael Cəfərov Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 177.2.5-ci (zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla oğurluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO