Boris Consondan İlham Əliyevə MÜRACİƏT 

Boris Consondan İlham Əliyevə MÜRACİƏT 

Hazırda oxunan: Boris Consondan İlham Əliyevə MÜRACİƏT 

44602

Böyük Britaniyanın Baş naziri Boris Conson VIII Qlobal Bakı Forumu münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, Boris Conson Prezident İlham Əliyevi, tədbirin təşkilatçılarını və iştirakçılarını təbrik edib. 

Baş nazir Böyük Britaniya - Azərbaycan əməkdaşlığının möhkəmliyindən danışıb və gələn il iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunacağını bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Boris Consonun ulu nənəsi Hanife Feride 13 yaşında türk tacirinə satılıb? - DETALLAR


Builki forumun Qlazqoda keçirilən COP 26 sammiti ilə üst-üstə düşdüyünü və iqlim dəyişikliyinin hamımızın qarşısında duran ən böyük beynəlxalq problem olduğunu qeyd edən Baş nazir Azərbaycanın “yaşıl enerji”nin tətbiqi istiqamətində atdığı mühüm addımları alqışlayıb. 

Böyük Britaniyanın Baş naziri, həmçinin Azərbaycan cəmiyyətində aparıcı rol oynayan qadınlara ehtiramını bildirib və ölkələri sülh quruculuğunda, o cümlədən Qadınlar, Sülh və Təhlükəsizlik üzrə Milli Fəaliyyət Planlarının qəbul edilməsi yolu ilə qadınlar üçün xüsusi rol oynamağa təşviq edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO