2 komanda 1/8 finalda,

2 komanda 1/8 finalda, "Beşiktaş" qrupda qaldı - ÇL-da NƏTİCƏLƏR 

Hazırda oxunan: 2 komanda 1/8 finalda, "Beşiktaş" qrupda qaldı - ÇL-da NƏTİCƏLƏR 

44558

UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub. 

Bizim.Media-nın məlumatına görə, turun son 6 oyunundan sonra 1/8 finala daha iki vəsiqənin sahibi bəlli olub. 

B qrupunda evdə İspaniyanın "Atletiko" (Madrid) klubunu məğlub edən İngiltərə "Liverpul"u sona 2 tur qalmış pley-offa adlayıb. 

C qrupunda isə Niderland "Ayaks"ı Almaniyada "Borussiya" (Dortmund) komandası üzərində əzmkar qələbə sayəsində vaxtından əvvəl növbəti mərhələyə yüksəlib.

Bu qrupun digər görüşündə Türkiyə "Beşiktaş"ı Portuqaliyada "Sportinq"ə 0:4 hesabı ilə uduzub. Bununla da İstanbul təmsilçisi qrupda qalıb. 

A qrupu 

"Mançester Siti" (İngiltərə) - "Brügge" (Belçika) - 4:1 

"Leyptsiq" (Almaniya) - PSJ (Fransa) - 2:2 

Xal durumu: "Mançester Siti" - 9, PSJ - 8, "Brügge" - 4, "Leyptsiq" - 1.

B qrupu 

"Milan" (İtaliya) - "Portu" (Portuqaliya) - 1:1 

"Liverpul" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) - 2:0 

Xal durumu: "Liverpul" - 12, "Portu" - 5, "Atletiko" - 4, "Milan" - 1. 

C qrupu 

"Sportinq" (Portuqaliya) - "Beşiktaş" (Türkiyə) - 4:0 

"Borussiya" (Dortmund, Almaniya) - "Ayaks" (Niderland) - 1:3 

Xal durumu: "Ayaks" - 12, "Borussiya" - 6, "Sportinq" - 6, "Beşiktaş" - 0.

D qrupu 

"Real Madrid" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:1 

"Şerif" (Moldova) - "İnter" (İtaliya) - 1:3 

Xal durumu: "Real Madrid" - 9, "İnter" - 7, "Şerif" - 6, "Şaxtyor" - 1.

Qeyd edək ki, əvvəlki gecə baş tutan oyunlardan sonra Almaniyanın "Bavariya" və İtaliyanın "Yuventus" klubları pley-offa vəsiqəni təmin ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO