AQTA daha bu kafe və restoranları cərimələdi – SİYAHI

AQTA daha bu kafe və restoranları cərimələdi – SİYAHI

Hazırda oxunan: AQTA daha bu kafe və restoranları cərimələdi – SİYAHI

44547

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan Bizim.Media-ya bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 2-də ölkə üzrə 399 ictimai iaşə obyektində 704 monitorinq keçirilib.

Monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail ‎rayonu, Neftçilər prospekti, Park Bulvar ticarət mərkəzində yerləşən, hüquqi şəxs "Gravity" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Woki Oki” restoranı;

2. Bakı şəhəri, Səbail ‎rayonu, Neftçilər prospekti, Park Bulvar ticarət mərkəzində yerləşən, fiziki şəxs Bülent Kökə məxsus "Ye doy" kafesi;

3. Bakı şəhəri, Suraxanı ‎rayonu, İ.Məmmədov 1c ünvanında yerləşən, fiziki şəxs Hüseynov Xalıqverdi Kamal oğluna məxsus “Olimp Çay Evi” kafesi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO