İran Ermənistanı silahlandırmaqda niyə maraqlıdır? - ŞƏRH

İran Ermənistanı silahlandırmaqda niyə maraqlıdır? - ŞƏRH

Hazırda oxunan: İran Ermənistanı silahlandırmaqda niyə maraqlıdır? - ŞƏRH

44541

“İndiki vəziyyətdə Azərbaycan heç kimə təzyiq göstərmək fikrində deyil. Lakin biz ilk növbədə öz milli maraqlarımızı müdafiə etməliyik”. 

Bu fikirləri politoloq Fikrət Sadıxov İranın Ermənistanı Azərbaycana qarşı silahlandırmağa davam etməsi haqqında Bizim.Media-ya müsahibə verərəkən bildirib.

“Digər tərəfdən İranın bu cür addımları bizim üçün yenilik deyil. İran 30 il ərzində sözdə bizi, əməldə isə İrəvanı dəstəkləməyi davam etdirib”, - deyə qeyd edən politoloq İranın Azərbaycana qarşı ikili siyasətinin səbəbələrini bu cür izah edib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanla Ermənistan arasında sülhə mane olan nədir? – Fikrət Sadıxovdan ŞƏRH


1. Tehran Azərbaycanın inkişafını və ölkəmizdə hakim olan dünyəvilik ideyalarını qəbul etmək istəmir. Mövhumat rejimin başını xarab edib.

2. 44 günlük müharibədən sonra Azərbaycanın regionda, eyni zamanda dünya siyasi meydanında daha güclü dövlətə çevrilməsi İranı narahat edir. Güclü Azərbaycan isə İranın bütövlüyü üçün təhdiddir.

3. Azərbaycan-Türkiyə münasibətlərindəki yaxınlaşma və regionda yeni güclü alyansın yaranması İranı qıcıqlandırır. Ona görə də bölgədə müttəfiqsiz qalan İran özünə zəif Ermənistanı qardaş seçib, onu silahlandırmaqda davam edir.
 

Fikrət Sadıxov İran-Ermənistan və İran-Azərbaycan münasibətlərinin gələcək perspektivdə hansı formada cərəyan edəcəyindən də bəhs edib:


“Düşünürəm ki, İran Ermənistana əl altından yardım etmək siyasətini davam etdirəcək. Lakin biz də bu vəziyyətə səssizcə yanaşmırıq.

Tehrana həm diplomatik, həm də siyasi müstəvidə öz cavablarımızı veririk və verməyə də davam edəcəyik. Əgər söhbət İslam həmrəyliyi ilə bağlıdırsa, onda Tehran Ermənistanı yox, Azərbaycanı müdafiə etməli olduğunu başa düşməlidir. Amma bütün bu oyunlardan ə zərərli çıxan Ermənistan olacaq”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO