Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin Türkiyə ilə danışıqlar aparmasını inkar edib.
Bizim.Media xəbər verir ki, Türkiyə ilə sərhədlərin açılması məsələsi ön şərt olmadan müzakirə edilə bilər.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan parlamenti Qarabağla bağlı bəyanatı qəbul etmədi – SƏBƏB
“Hazırda biz Türkiyə ilə heç bir danışıqlar aparmırıq. Hökumətin proqramında qeyd olunub ki, Ermənistan Türkiyə ilə sərhəd məsələsinin nizamlanmasına heç bir ön şərt olmadan hazırdır. Müzakirələr yalnız bu halda başlaya bilər”.
Qeyd edək ki, son vaxtlar iki ölkə arasında münasibətlərin qurulmasına dair həm rəsmi Ankara, həm də İrəvandan müsbət bəyanatlar səsləndirilir.
Bizim.Media