Film kimi olay: 35 il sonra təsadüfən öz nişanlısı ilə evləndi - VİDEO

Film kimi olay: 35 il sonra təsadüfən öz nişanlısı ilə evləndi - VİDEO

Hazırda oxunan: Film kimi olay: 35 il sonra təsadüfən öz nişanlısı ilə evləndi - VİDEO

44496

35 il bundan əvvəl Türkiyənin Kayseri şəhərində nişanlanan 55 yaşlı Əzmi Bulut və özündən 4 yaş kiçik sevgilisi Mualla Beytül illər sonra evləniblər.

Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük 1986-cı ildə nişanlanıb. Lakin sonra Əzmi Bulut hərbi xidmətə yollanıb. O, məzuniyyətə gəldikdən sonra ailələr nişanı pozublar.

Bu müddət ərzində Bulut və Mualla Beytül başqaları ilə ailə həyatı qurublar. 2 övladı olan Mualla Beytülün həyat yoldaşı 17 il əvvəl vəfat edib, 3 övladı olan Əzmi Bulut isə 3 il əvvəl boşanıb.
 

Bulut və Beytül cütlüyü isə bir müddət bundan öncə təsadüfən qarşılaşıblar. Mualla Beytül deyib ki, onlar 35 ildən sonra ilk dəfə qarşılaşarkən o, keçmiş nişanlısını gözlərindən tanıyıb. Əzmi Bulut isə illərlə sevgilisinin yolunu gözlədiyini və hazırda çox xoşbəxt olduğunu bildirib.


Bundan sonra isə övladlarının razılığı ilə cütlük 35 ildən sonra yarım qalan sevgilərini yenidən birləşdiriblər.
 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO