Ermənilər İrəvanda mərkəzi yolu bağladılar – Paşinyanla görüş tələb edirlər - VİDEO

Ermənilər İrəvanda mərkəzi yolu bağladılar – Paşinyanla görüş tələb edirlər - VİDEO

Hazırda oxunan: Ermənilər İrəvanda mərkəzi yolu bağladılar – Paşinyanla görüş tələb edirlər - VİDEO

44493

2-ci Qarabağ müharibəsi zamanı ölən və itkin düşən hərbçilərin yaxınları İrəvan şəhərində Ermənistanın hökumət binasının qarşısında etiraz aksiyası keçirir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya erməni mətbuatında yer alıb.

Mənbə yazır ki, etirazçılar baş nazir Nikol Paşinyanla görüş tələb edir.
 


Hazırda hərbçilərin yaxınları İrəvanın mərkəzi prospektini bağlayıblar.



Paşinyanla görüşməyənədək oranı tərk etməyəcəyini bildiriblər. 

“İndi müdafiə etdiyiniz hakimiyyətə görə oğlumu və evimi itirdim”. Valideynlərdən biri hökumət binası qarşısında polisə müraciət edərkən belə deyib.

 

Son məlumata görə, indi bir neçə nümayişçi baş nazir Paşinyanla görüşmək üçün polis rəisinin müavini Ara Fidanyanla söhbət edirlər.



Bugünkü etiraz aksiyasının fəal iştirakçılarından biri şöbəyə aparılıb. Artıq dördüncü saatdır ki, hökumət binası qarşısında aksiya davam edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO