Zəfər Gününə həsr olunan ilk konsert baş tutdu - FOTO

Zəfər Gününə həsr olunan ilk konsert baş tutdu - FOTO

Hazırda oxunan: Zəfər Gününə həsr olunan ilk konsert baş tutdu - FOTO

44398

Mədəniyyət Nazirliyinin Heydər Əliyev adına sarayda Zəfər gününə həsr olunmuş "Qarabağ Azərbaycandır" adlı ilk konserti təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət naziri Anar Kərimov bu günlərin Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunduğunu qeyd edib.

O, nəhayət ki, Azərbaycanın mənfur psixologiyadan yaxa qurtardığını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Nazirlik Zəfər Günü ilə bağlı keçirəcəyi tədbirləri açıqladı - SİYAHI


"Artıq şərəf və ləyaqətlə addımlayırıq. Qarabağımız azad olunandan sonra ölkə başçımız tərəfindən orada quruculuq işlərinə start verilib. Vaxtaşırı cənab prezident o əraziləri ziyarət edir və kiçikmiqyaslı layihələrin təməlqoyma mərasimlərində iştirak edir. Çox sevinirəm ki, bu gün nümayiş olunanlar arasında "Dəmir yumruq"" adlı əsər qazilərimiz tərəfindən yazılıb".

Bu il Şuşada 3 tədbirin təşkil olunduğunu vurğulayan nazir, bununla da dünyaya məhz mədəniyyət beşiyi Şuşanın sübut olunduğunu qeyd edib.
 

Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Prezidentin fərdi təqaüdçüsü Zenfira Qafarova zəfər tarixindən və münasibətlə hazırlanan konsertdən söz açıb. 


Tədbirdə xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi altında ümumilikdə 18 əsər olmaqla Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Dövlət Xor Kapellasının, Milli Konservatoriyanın tələbə xorunun ifaları nümayiş olunub.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO