Qanunsuz heyvan kəsimi məntəqəsi söküldü - FOTO

Qanunsuz heyvan kəsimi məntəqəsi söküldü - FOTO

Hazırda oxunan: Qanunsuz heyvan kəsimi məntəqəsi söküldü - FOTO

44388

Qaradağ rayonunun Sahil qəsəbəsində sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan heyvan kəsimi və ət satışının həyata keçirildiyi yerlər aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, baytarlıq nəzarəti həyata keçirilmədən ət məhsullarının satışa çıxarıldığı məlum olub.
 

MÖVZU İLƏ BAĞLI:

Diqqət! Bu ərazilərdə qanunsuz heyvən kəsilir


Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb.

Eyni zamanda, Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirilmələri üçün zəruri məlumatlar verilib.

Bizim.Media



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO