Nadir Qafarzadə gəlinindən danışdı:

Nadir Qafarzadə gəlinindən danışdı: "Ona demişəm ki..." - VİDEO

Hazırda oxunan: Nadir Qafarzadə gəlinindən danışdı: "Ona demişəm ki..." - VİDEO

44359

Son zamanlar fəxri ad qalmaqalı ilə gündəmdə olan müğənni Nadir Qafarzadə bu dəfə şəxsi həyatı ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, "Həmin Zaur" proqramına qonaq olan sənətçi, bir müddət əvvəl nişanladığı oğlu Loğmanın gələcək həyat yoldaşından danışıb. İfaçı gəlininə bir sıra məsləhətlər verdiyini deyib:

"Gəlinim Gürcüstandan, Marneulidəndir. Ona demişəm ki, qızım oğlumu sev və hörmət et. Təki hər zaman bir-birlərini sevsinlər. Xoşbəxt olsunlar. Biz də kənardan baxıb sevinib, onlara dəstək olaq. Bir də ona demişəm ki, başımızı uca et. Mənim nəinki öz gəlinimə, hətta bizim gəlinlərimizin hamısına deyirəm ki, gəldiyiniz ailənin başını uca edin".

Qeyd edək ki, Nadir Qafarzadənin oğlu Loğman bir müddət əvvəl ailələr arasındakı kiçik mərasimlə sevdiyi xanımla nişanlanıb. 

Sənətçinin digər oğlu Əziz isə hazırda Ruisya şou-biznesinə qatılaraq müğənnilik edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO