Ələt-Astara yolunda qəza: mikroavtobus yük maşınına çırpıldı

Ələt-Astara yolunda qəza: mikroavtobus yük maşınına çırpıldı

Hazırda oxunan: Ələt-Astara yolunda qəza: mikroavtobus yük maşınına çırpıldı

44352

Ələt qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.

Bizim.Media APA-ya istinadən bildirir ki, hadisə Ələt-Astara magistralının 59-cu kilometrliyində qeydə alınıb.

"FORD TRANZİT" markalı mikroavtobus "HOVO" markalı yük avtomobilinə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlər Neftçalanın Şorkənd kənd sakinləri, 1963-cü il təvəllüdlü İsmayılova İradə Balaxan qızı və 1975-ci il təvəllüdlü Aşurova Əhliqə Ağasəf qızı hadisə yerində ölüblər. Bir nəfər yaralı isə Ələt qəsəbə xəstəxanasına yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO