"Rövşən Əkbərovun general-leytenant rütbəsinin alınması ilə bağlı işdə çıxış edən prokurorun da mövqeyi olub və məhkəmənin də qərarı var".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Xanlar Vəliyev Rövşən Əkbərovun həbsi BARƏDƏ – “Cinayəti sübuta yetirilib”
"Qanunvericiliyin tələblərinə görə, bu, mütləq deyil. Qanuna görə, zəruri olan hallarda, əgər prokuror bunu məqsədəuyğun hesab edirsə, məhkəmə qarşısında vəsasətlə çıxış edir və məhkəmə də müvafiq qurumlara müraciət olunması üçün qərar qəbul edir. Amma bu işdə məsələ məqsədəmüvafiq hesab edilməyib. Ona görə də belə bir qərar qəbul olunmayıb", - Baş prokuror vurğulayıb.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media