Gürcüstanda seçkilər başa çatdı – Tbilisi meri kim olacaq?

Gürcüstanda seçkilər başa çatdı – Tbilisi meri kim olacaq?

Hazırda oxunan: Gürcüstanda seçkilər başa çatdı – Tbilisi meri kim olacaq?

43996

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turu başa çatıb.

Bizim.Media xəbər verir ki, səhər 08:00-da başlayan səsvermə prosesi saat 20:00-da seçki məntəqələrinin səslərin sayılması üçün bağlanması ilə başa çatıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (CESKO) məlumatına görə, saat 17:00-dək qeydə alınan seçici fəallığı 39,5% (825 129 seçici) təşkil edib.

Qeyd edək ki, bu günkü seçkilərin nəticələri əsasında 5 böyük şəhərin (Tbilisi, Rustavi, Batumi, Kutaisi, Poti) və 15 bələdiyyənin meri, həmçinin 24 seçki dairəsi üzrə şəhər şuralarına (sakrebulo) 42 majoritar deputat müəyyənləşdiriləcək. Seçkilərin ikinci mərhələsində 2 milyon 88 min 722 nəfər Gürcüstan vətəndaşının səsvermə hüququ olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO