BNA: Şikayətlərə görə 10-a yaxın marşrut xəttinə xəbərdarlıq edilib

BNA: Şikayətlərə görə 10-a yaxın marşrut xəttinə xəbərdarlıq edilib

Hazırda oxunan: BNA: Şikayətlərə görə 10-a yaxın marşrut xəttinə xəbərdarlıq edilib

0:00
0:00
43957

“Sosial şəbəkələr üzərindən gələn şikayətləri təhlil edərkən insanların xidmətindən daha çox narazı qaldığı 10-a yaxın müntəzəm marşrut xətti müəyyənşdirildi”.

Bizim.Media xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

O qeyd edib ki, artıq həmin daşıyıcılara problemləri qısa zamanda aradan qaldırılması ilə bağlı xəbərdarlıq edilib.

M.Ağayev bildirib ki, bir aydan sonra sərnişin avtobuslarının fəaliyyəti yenidən monitorinq ediləcək:

“Hansı daşıyıcılar fəaliyyətində müsbətə doğru dəyişiklik etməyiblərsə, onlara qarşı qanunvericikdə müəyyən edilmiş tədbirlər görüləcək. Ən vacib məsələ onların istismarında olan həmin marşrut xətti yeni daşıyıcıların müəyyənləşdirilməsi üçün müsabiqəyə çıxarılacaq. Bizim araşdırdığımız sadəcə sosial şəbəkələr üzərində gələn şikayətlər idi. Bu o demək deyil ki, sadəcə 10 xətlə bağlı narazılıq var idi. Elə xətlər var ki, onlardan da Çağrı Mərkəzinə, yaxud agentliyin özünə müraciət edilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO