Oktyabrın 29-da hakim “Vətəndaş müqaviləsi” partiyasının (rəhbəri baş nazir Nikol Paşinyandır) parlament fraksiyasının katibi Nazeli Bağdasaryan deputat mandatından imtina etmək üçün ərizə verib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı parlamentin mətbuat xidməti yayıb.
Qeyd edək ki, bəyanat dərc edildikdən sonra deputat bir həftə ərzində yazılı müraciəti ilə verdiyi bəyanatını geri götürə bilər.
Deputat bəyanatını geri götürmədikdə isə protokol tərtib edilir və spiker tərəfindən imzalanır. Protokol dərc edildiyi andan istefa qəbul edilmiş sayılır.
Xatırladaq ki, Paşinyanın qadın “deputatı”nın mandatından imtina səbəbi açılanmır.
Bizim.Media