MİLLƏT VƏKİLİ: Belçika son sözünü dekabrın 17-də deyəcək

MİLLƏT VƏKİLİ: Belçika son sözünü dekabrın 17-də deyəcək

Hazırda oxunan: MİLLƏT VƏKİLİ: Belçika son sözünü dekabrın 17-də deyəcək

4389

“Artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başa çatıb. Bu 30 il ərzində dünyanın, xüsusilə Avropanın siyasi gündəmində dayanan ən uzunömürlü və həllinin heç də asan olmadığı iddia edilən bir münaqişə oldu. ATƏT-in Minsk qrupunun məqsədi bölgədə sülhə nail olmaq idi, bu səylər heç bir nəticə vermirdi. Nəhayət, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatla münaqişə tərəfləri arasında sülh əldə olundu”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili Cavanşir Feyziyev deyib. Onun sözlərinə görə, sülh münaqişə tərəflərini qane etsə də, ondan narazı qalan üçüncü tərəflər də oldu.
“Emmanuel Makronun işğalçını dəstəkləyən çıxışında özünü büruzə verdi. Daha sonra Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı Fransa Senatında qəbul olunmuş qərəzli qətnamə həm ölkə daxilində, həm də beynəlxalq mediada heç də birmənalı qarşılanmadı və anlaşılmaz vəziyyət yaratdı”, - deyə o, qeyd edib.

Deputat Fransanın münaqişənin başa çatmasında maraqlı olmadığını da vurğulayıb.

“Senatın ardınca digər Avropa ölkələrinin liberallarını təmsil edən siyasi partiyalar tərəfindən oxşar qətnamə layihələrinin irəli sürülməsi də münaqişənin başa çatmasında Fransanın maraqlı olmadığını və Avropa miqyasında bu sülhə mane olmaq cəhdlərini göstərir. Lakin digər Avropa ölkələrinin parlamentlərində Fransanın siyasi xətti dəstək qazana bilmədi. Ancaq Belçika “makronçuları” da son iki ayda bir neçə dəfə oxşar qətnamə layihələrini federal parlamentin beynəlxalq məsələlər komissiyasının müzakirəsinə çıxarıblar”. 

Millət vəkili qətnamə müəlliflərinin ierməni lobbisi tərəfindən maliyyələşən siyasətçilərin olduğunu deyib.

“Maraqlısı isə qətnamə layihəsinin müəllifləri arasında Qarabağ ərazisinə qanunsuz səfərlər etmiş və adları Azərbaycan XİN-in qara siyahısında yer alan, anti-Azərbaycan fəaliyyəti üçün Belçikada kök salmış erməni lobbisindən maliyyə dəstəyi alan korrupsiyalaşmış siyasətçilər var”.

Sonda Cavanşir Feyziyev öz fikirlərini bu sözlərlə tamamlayıb.

“Beynəlxalq komissiyada qəbul olunmuş son qətnamə layihəsi dekabrın 17-də plenar iclasın müzakirəsinə çıxarılacaq və çox güman ki, qəbul olunacaq. Layihənin mətnində erməni təbliğatının Azərbaycana və Türkiyəyə qarşı yaydığı çoxsaylı saxta ittihamlar yer alsa da, qondarma rejimin tanınması və Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı heç bir təklif irəli sürülmür və bu baxımdan Fransa Senatının qəbul etdiyi qətnamənin əsas ideyasını dəstəkləməkdən uzaqdır''.

''Beləliklə, bu günədək Fransa Senatı tərəfindən irəli sürülmüş təşəbbüsün Avropa siyasi məkanında dəstəklənmədiyini, Fransanın öz məntiqsiz təşəbbüslərində növbəti dəfə təkləndiyini gördük”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO