18 oktyabr iş günü olacaq - Əli Hüseynli səbəbini izah etdi

18 oktyabr iş günü olacaq - Əli Hüseynli səbəbini izah etdi

Hazırda oxunan: 18 oktyabr iş günü olacaq - Əli Hüseynli səbəbini izah etdi

43788

Milli Məclisin bu gün keçirilən plenar iclasında bəzi deputatlar oktyabrın 18-i Müstəqilliyin Bərpası Gününün Azərbaycanda qeyri-iş günü elan olmasını təklif ediblər.

Bizim.Media xəbər verir ki, parlament sədrinin birinci müavini Əli Hüseynli isə bu məsələnin Əmək Məcəlləsinin predmetinə aid olmadığını deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün Milli Məclisdə hansı məsələlər müzakirə olunacaq? - SİYAHI


"Məcəllədə bayram günləri ifadəsi işlədilib. Komitədə bu məsələni müzakirə edəndə peşəkar hüquqşünaslar dedi ki, bu, texniki dəyişiklikdir. Amma mən bildirdim ki, bu mövzuda çıxış edənlər, populizm axtaranlar olacaq. Baxmayaraq ki, bu gün Əmək Məcəlləsinə olunan dəyişiklik texniki xarakter daşıyır, yəni həmin məsələnin müzakirəsinə aid deyil".
 

Bildirilib ki, Prezident İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Müstəqillik Günü haqqında” qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunub.


Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək. Əmək Məcəlləsinə dəyişiklik isə uyğunlaşdırma xarakteri daşıyır.

Müzakirələrdən sonra Əmək Məcəlləsinə təklif olunan dəyişiklik böyük səs çoxluğu ilə qəbul edilib. 28 May Müstəqillik Günü qeyri-iş günü, 18 Oktyabr Müstəqilliyin Bərpası Günü iş günü olacaq.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO