Mayk Pens İran prezidentini soyqırımı törətməkdə günahlandırdı - DETALLAR

Mayk Pens İran prezidentini soyqırımı törətməkdə günahlandırdı - DETALLAR

Hazırda oxunan: Mayk Pens İran prezidentini soyqırımı törətməkdə günahlandırdı - DETALLAR

43783

ABŞ-ın keçmiş vitse-prezidenti oktyabrın 28-də çıxışı zamanı bütün göstəricilərin artıq İran xalqının dəyişikliyə hazır olduğunu göstərdiyini deyib.

Bizim.Media "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, Mayk Pens habelə İran prezidenti İbrahim Rəsini "insanlığa qarşı cinayət və soyqırımı" törətməkdə günahlandıraraq, onun məhkəmə qarşısına çıxarılmalı olduğunu bildirib. 

"İran rejimi heç vaxt bu günkündən daha zəif olmayıb, iqtisadiyyatı məhv olmaq üzrədir, ölkədə infilyasiya tüğyan edir, İranın pul vahidi artıq 90% öz dəyərini itirib və korrupsiya halları həmişəkindən daha çoxdur", - deyə o, əlavə edib. 

Amerikanın keçmiş vitse-prezidenti habelə İran vətəndaşları arasında hər 5 nəfərdən 4-nün yoxsulluq içində yaşadığını vurğulayaraq, korrupsiya və rüşvətxorluğun ən pik həddə olduğunu və bütün bunların İranda əhalinin artıq dəyişikliyə hazır olduğunu deyib.

"İbrahim Rəisinin prezident olaraq hakimiyyətə gətirilməsi mənim fikrimcə, qarışıqlığa və rejimin zərər görməsinə gətirib çıxarıb. 30 il öncə o, Ayətullah Xomeyninin ölüm qrupunun başçısı idi, indi isə ölkə prezidentidir", - o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO