Gürcüstanda həbsdə neçə Azərbaycan vətəndaşı var?

Gürcüstanda həbsdə neçə Azərbaycan vətəndaşı var?

Hazırda oxunan: Gürcüstanda həbsdə neçə Azərbaycan vətəndaşı var?

0:00
0:00
43771

Hazırda Gürcüstan həbsxanalarında olan Azərbaycan vətəndaşlarının sayı 101 nəfər təşkil edir.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin sentyabr ayı üzrə hesabatında bildirilib.

Sənədə əsasən, aylıq müqayisədə Azərbaycan vətəndaşlarının sayı 1 nəfər artıb. Onların 11-i ittiham olunan, 87-si isə 3-ü yeniyetmə olmaqla məhkumdur.

Gürcüstanda probasiya nəzarətində isə 26-sı kişi, 4-ü qadın olmaqla 30 nəfər Azərbaycan vətəndaşı saxlanılır. Aylıq müqayisədə onların sayı 2 nəfər artıb.

Qonşu ölkənin həbsxanalarında saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 555 nəfər təşkil edir, 246 nəfər xarici ölkə vətəndaşı isə probasiya nəzarətindədir (report).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO