Miili Məclisin iclası başladı

Miili Məclisin iclası başladı

Hazırda oxunan: Miili Məclisin iclası başladı

43765

İki həftəlik fasilədən sonra Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

Bizim.Media xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 12 məsələ daxil edilib.

Bu gün deputatlar “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi, “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununun layihəsi (üçüncü oxunuş), “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsi (ikinci oxunuş),“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsini (ikinci oxunuş) müzakirə edəcəklər.

İclas ilk olaraq cari məsələlərin müzakirəsi ilə işinə start verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO