Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 540 km avtomobil yolu, prospekt və küçə inşa edilib, yenidən qurulub və təmir edilib.
Bizim.Media bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agnetliyinə istinadən xəbər verir.
Məlumata görə, bunun 103,5 km-i respublika əhəmiyyətli, 312,5 km-i yerli əhəmiyyətli, 124 km-i isə Bakıdakı yollardır.
9 ayda respublikanın avtomobil yollarında 8 yeni körpü tikilib ki, bunun da, 4-ü “Zəfər Yolu”nun üzərində, 4-ü isə İsmayıllı rayonunda yerləşir.
Hesabat dövründə Bakı şəhərində 2 yeni yerüstü piyada keçidi inşa edilib. Bunlar, Qala-Pirallahı avtomobil yolunun 3,6 km-də yerləşən 76,7 metr uzunluğunda, Ziya Bünyadov prospektində 90 metr uzunluğunda piyada keçidləridir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:57 / 28.10.2021
Azərbaycanda bu il neçə körpü tikilib? - RƏSMİ
Hazırda oxunan: Azərbaycanda bu il neçə körpü tikilib? - RƏSMİ
Hazırda oxunan: Azərbaycanda bu il neçə körpü tikilib? - RƏSMİ
43653
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.